Noy 23, 2020 09:10 Asia/Baku
  • Putin: Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir

Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində deyib ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

SəhərAzəri Sputnik Xəbər Agentliyinin məlumatına əsasən xəbər verir, Rusiya dövlət başçısı Dağlıq Qarabağın ərazi mənsubiyyəti barədə sualı cavablandırarkən bunu bəyan edib.  

O, Ermənistanın belə qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini və suverenliyini tanımadığını xatırladıb və deyib: "Bu o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olub və indi də tərkib hissəsidir".

Onun sözlərinə görə, KTMT müqaviləsi bu müqaviləyə üzv dövlətin ərazisinə təcavüz halında qarşılıqlı yardım göstərməyi nəzərdə tutur. Heç kim Ermənistan Respublikası ərazisini zəbt etmədi və bu, Rusiyaya hərbi əməliyyatlarda birbaşa iştirak etmək hüququ vermədi. 

Teqlər