BMT dekabrın əvvəlində minaların təmizlənməsi üzrə missiyanı Dağlıq Qarabağda yerləşdirməyi planlaşdırır
BMT Qarabağda humanitar ehtiyacları qiymətləndirmək üçün Rusiya ilə işləməyə hazır olduğunu bildirib.
SəhərAzəri xəbər verir, BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin rəsmi nümayəndəsi açıqlayıb ki, BMT Ərazilərinin Minalardan Təmizlənməsi Xidməti (ƏMTX) dekabr ayının əvvəllərində təcili olaraq xüsusi bir missiyanın yerləşdirilməsi üçün Dağlıq Qarabağda lazımi yardımı qiymətləndirməyə başlamağı planlaşdırır.
BMT rəsmisi qeyd edib ki, ƏMTX təmsil etdiyi qurumun digər ofisləri və yerlərdəki ölkə təmsilçiləri ilə koordinasiya edilərək, bir missiyanın Dağlıq Qarabağda təcili yerləşdirilməsi üzərində işləyir: “Çox güman ki, lazımi yardımın qiymətləndirilməsi dekabrın əvvəlində başlayacaq”.
Bundan əlavə, BMT Baş katibin nümayəndəsi bir açıqlamasında bildirib ki, “BMT Dağlıq Qarabağda humanitar ehtiyacları qiymətləndirmək üçün Rusiya Federasiyası ilə birlikdə işləməyə hazırdır”.
Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov ölkəsinin BMT-nin Qarabağdakı humanitar problemlərin həllində maraqlı olmasını dəstəklədiyini söyləyib.