Noy 28, 2020 18:47 Asia/Baku
  • BMT İranlı nüvə aliminin terror edilməsinə münasibət bildirib

BMT-nin baş katibi İranın nüvə aliminin terror edilməsinə reaksiyada, tərəfləri təmkinli olmağa çağırıb.

SəhərAzəri xəbər verir ki, BMT baş katibi Antonio Quterreş bu cinayəti qınamaq əvəzinə tərəfləri təmkinli olmağa çağırıb.

BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak ümumi bir şərhdə, Tehranın yaxınlığında iranlı bir nüvə aliminin öldürülməsi xəbərlərinə toxunub və bildirib ki, BMT bölgədəki vəziyyətin gərginləşməsinə səbəb ola biləcək addımların qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırır”.

Bu elə bir haldadır ki, ABŞ prezidenti Donald Tramp sionist rejimin bir jurnalistinin tvitini, yenidən yayaraq, dolayısı ilə bu rejimin iranlı alimin terrorunda iştirakını  təsdiqləyib.

Eyni zamanda Dimitri Pulyanski Dr. Möhsün Fəxrizadənin terror edilməsinə reaksiyada, "Nyu-York Tayms" qəzetinin ABŞ-ın üç kəşfiyyat rəsmisinə istinadla sionist rejimin bu cinayətin arxasında olduğuna dair məlumatına işarə edib.

O, öz şəxsi Tvitter səhifəsində yazıb: "Nyu-York Tayms" qəzetinin təhlilində deyilənlər ABŞ-ın sərhədaşırı siyasi terrorlara yaşıl işıq göstərməyə hazırlığını əks etdirir".

Teqlər