Dek 04, 2020 14:48 Asia/Baku
  • Dağlıq Qarabağ Azərbaycandır

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini dəyişməyib.

SəhərAzəri RİA Novosti xəbər agentliyinə istinadən xəbər verir, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskov bildirib: "Rusiya Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini dəyişməyib. Bu ərazinin kimə məxsusuluğu çoxdan BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən olunub".

Peskov açıqlamasında deyib: "Ərazinin məxsusluğu Təhlükəsizlik Şurasının müvafiq qətnamaləri ilə müəyyən edilib. Rusiya heç nəyi dəyişməyib. Heç bir digər ölkə dəyişməyib. Putin də bildirib ki, Qarabağ tanınmayıb. Heç Ermənistan da onu tanımayıb. Bunu Putin bildirib".

Ermənistan XİN-in başçısı Ara Ayvazyan ötən gün KİV-ə açıqlamasında deyib ki, Dağlıq Qarabağın statusu hələ müəyyən edilməlidir. Ayvazyan deyib: "Bizim hədəfimiz Dağlıq Qarabağın müstəqiliyidir". 

Teqlər