Quterreş Ermənistanla Azərbaycan Respublikası arasında danışıqların bərpasına çağırıb
https://azeri.sahartv.ir/news/dünya-i370433-quterreş_ermənistanla_azərbaycan_respublikası_arasında_danışıqların_bərpasına_çağırıb
BMT baş katibi Ermənistan və Azərbaycan Respublikasını ATƏT-in Mins qrupu həmsədrlərinin nəzarəti altında danışıqları bərpa etməyə çağırıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 05, 2020 15:36 Asia/Baku
  • Quterreş Ermənistanla Azərbaycan Respublikası arasında danışıqların bərpasına çağırıb

BMT baş katibi Ermənistan və Azərbaycan Respublikasını ATƏT-in Mins qrupu həmsədrlərinin nəzarəti altında danışıqları bərpa etməyə çağırıb.

SəhərAzəri xəbər verir, BMT-nin informasiya portalının məlumatına görə, Antonio Quterreş Qarabağda atəşkəslə bağlı yeni razılaşmanı alqışalyaraq, bu təşkilatın münaqişəli bölgələrdəki mülki insanlara humanitar yardmlar göndərməyə hazır olduğunu bildirib.

BMT baş katibi sözlərinin davamında həmçinin tərəflərin atəşkəsə riayəti davam etdirmələrini alqışlayıb və onları bu istiqamətdəki, xüsusilə də beynəlxalq qanunlar və insan haqları ilə bağlı məsələlərdəki öhdəliklərinə sadiq qalmağa çağırıb. 

Quterreş İrəvan və Bakı hökumətlərini dayanıqlı sülhə nail olmaq üçün danışıqlarını ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında davam etdirməyə çağırıb.

O, iki ölkənin hökumətləri və xalqlarını regional sülh və sabitliyə nail olmaq üçün dialoq yolunda hərəkət etməyə təşviq edib.