Tarixi Nyu-York kilsəsi yanıb
https://azeri.sahartv.ir/news/dünya-i370451-tarixi_nyu_york_kilsəsi_yanıb
Nyu-York şəhərində baş verən bir yanğın tarixi «Middle Kaligeyt» kilsəsinin binasını məhv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2020 09:35 Asia/Baku
  • Tarixi Nyu-York kilsəsi yanıb

Nyu-York şəhərində baş verən bir yanğın tarixi «Middle Kaligeyt» kilsəsinin binasını məhv edib.

SəhərAzəri xəbər verir, Yanğın yerli vaxtla şənbə günü Nyu-Yorkun «İst-Villic» bölgəsində baş verib.

Yanğını söndürmək üçün göndərilən iki yüzə yaxın yanğınsöndürəndən dördü bu əməliyyatda zərər çəkib.

1892-ci ildə tikilən kilsə Amerikanın şimalında ən qədim kilsə sayılır.

«Middle Kaligeyt» qülləsi Nyu-Yorkun «azadlıq zəngi»nin yerləşdiyi məkan idi. Bu zəng 1776-cı ildə Amerikanın istiqlaliyyəti münasibətilə çalınmışdı.

Kilsənin bildirdiyinə görə, zəng ABŞ prezidentlərinin inaqurasiya və ya ölüm mərasimləri ilə yanaşı, on bir sentyabr hücumlarının ildönümü mərasimində çalınmışdı.