12 mindən çox almaz qaşlı üzük
Hindistanlı bir dizayner, üzərində 12 mindən çox almaz qaşı olan üzük düzəldərək, adını Ginness Rekordlar Kitabında qeydə aldırıb.
SəhərAzəri xəbər verir, bu üzük 12 min 638 almaz qaşı ilə, ən çox almaz qaşlı üzük kimi rekord qazanıb.
Çəkisi 165 qram olan bu üzük, «həmişəyaşıl çiçək» adını alıb.
Üzüyün müəllifi 25 yaşlı Heriş Bansal öz cəsarətli yaradıcılığını «təsəvvüredilməz bir dizayn» adlandırıb və bildirib ki, bu üzük rahatdır və arxayınlıqla istifadə oluna bilər.
O, deyib ki, hələ bu üzüyü satmaq niyyətində deyil.
Bansal bildiribdir ki, o, bu ideyanı iki il bundan öncə, Hindistanın almaz qütbü olan Surat-da cəvahirat dizaynı üzrə təhsil alarkən əldə edibdir.
Ginnes Rekordlar Kitabında qeydə alınmış üzük üzərində ən çox sayda almaz qaşı olan öncəki rekordun sahibi də hindistanlı olubdur. Həmin üzüyün yeddi min 801 qaşı olubdur.