Dek 07, 2020 09:19 Asia/Baku
  • New York hava limanında bombalama qorxusundan bir təyyarə boşaldıldı

250 sərnişini olan Moskvadan Nyu-Yorka uçan təyyarə bomba təhdidi səbəbiylə boşaldılıb.

SəhərAzəri Tass-a istinadən xəbər verir, “Aeroflot” şirkətinə məxsus və Moskva-Nyu-York reysi ilə uçan sərnişin təyyarəsi bazar günü Con Kennedi Beynəlxalq Hava Limanında saxlanılıb, bütün sərnişinlər və onların əl yükləri itlər vasitəsilə yoxlamadan keçirilib.

“Fox News” telekanalının verdiyi məlumata görə, Moskva-Nyu-York reysinin sərnişinləri təyyarənin göyərtəsində partlayıcı qurğunun olması ehtimalı ilə bağlı hava limanından təxliyə olunublar. Telekanal əlavə edib ki, uçuş ABŞ-ın Şərq sahili vaxtı ilə 15:49-da Nyu-Yorka enib.

“Aeroflot” şirkətindən bildirilib ki, Nyu-York vaxtı ilə 18:30-a planlaşdırılan Nyu-York-Moskva reysi 21:00-dək təxirə salınıb. Gecikmənin səbəbi barədə açıqlama verilmir.

Hava limanının “Twitter” səhifəsində isə qeyd olunub ki, hadisə ilə əlaqədar sərnişinlər əlavə yoxlamalara məruz qala bilər və buna görə də hava limanına əlavə təhlükəsizlik qüvvələri cəlb olunur.

Teqlər