Rusiya: Qərbin ittihamları əsassızdır
Rusiya xarici işlər naziri Qərbin Moskvanın ölkələrin işlərinə qarışması barədəki ittihamlarını əsassız adlandırıb.
SəhərAzəri xəbər verir ki, Sergey Lavrov bildirib ki, Qərb bu puç ittihamlardan Moskvaya təzyiq göstərmək məqsədilə istifadə edir.
Lavrov «Russia Today» telekanalı ilə müsahibədə deyib: Son zamanlar Qərb Rusiyanı Belarusun, eləcə də Qarabağ bölgəsinin daxili işlərinə qarışmaqda ittiham və iddia edibdir ki, Rusiya Qərbin öz mövqeyini regionda möhkəmlədə bilməməsi üçün bu bölgəni bölüşdürmək barədə Türkiyə ilə razılığa gəlib.
Rusiya xarici işlər naziri sonra söyləyib: Amerika və Avropada, xüsusən İngiltərədəki siyasi analitiklərə belə bir məntiq hakim kəsilibdir.
Lavrov daha sonra deyib: Moskva hər bir vəziyyətə hazırdır və Belarusda rəngli inqilab cərəyanı sala bilməyənlərin bundan xoşları gəlmir.
ABŞ konqresinin nümayəndələr palatası son zamanlar bir qanun qəbul edibdir ki, bu ölkə prezidentinə Belarus seçki komissiyası üzvlərinin səfərini əngəlləmək ixtiyarı verir.