Pompeo kiberhücumlarla bağlı Rusiyanı ittiham edib
https://azeri.sahartv.ir/news/dünya-i370827-pompeo_kiberhücumlarla_bağlı_rusiyanı_ittiham_edib
Rusiya kibertəhlükəsizlik sahəsində ABŞ üçün real çağırışdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2020 09:15 Asia/Baku
  • Pompeo kiberhücumlarla bağlı Rusiyanı ittiham edib

Rusiya kibertəhlükəsizlik sahəsində ABŞ üçün real çağırışdır.

SəhərAzəri xəbər verir, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, Rusiya uzun müddətdir kiberpotensialından ABŞ-a qarşı istifadə edir.

Qeyd edək ki, bundan öncə ABŞ Maliyyə Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi və Ticarət Nazirliyində sistem qırılması haqqında məlumat yayılıb. Federal müəssisələrə Rusiya kəşfiyyatı ilə əlaqəli olan ART-29 və “Cozy Bear” haker qruplarının hücum etdiyi bildirilib.