Rusiya prezidenti vurğulayıb;
"Dağlıq Qarabağ münaqişəsi bölgədə terrorizmin yayılma təhlükəsini daha da artırdı"
Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı münaqişə və müharibənin bölgədə terrorizmin yayılmasına səbəb olduğunu deyib.
SəhərAzəri xəbər verir, Putin cümə günü Müstəqil Dövlətlər Birliyi MDB ölkələrinin virtual formatda keçirilən zirvəsində deyib: Dağlıq Qarabağda təəssüf ki, çox sayda insan tələfatı ilə nəticələnən silahlı toqquşmalar oldu və Münaqişə onsuz da mürəkkəb olan Cənubi Qafqaz bölgəsini gərginləşdirərək, terrorizmin yayılma riskini artırdı.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov da daxil olmaqla Rusiya rəsmilərinin açıqlamalarına və Rusiya mətbuatının məlumatlarına görə, Dağlıq Qarabağ müharibəsində iştirak etmək üçün Suriyadan 2000-dən çox terrorçu bu əraziyə köçürülüb.
Xatırladaq ki, Rusiyanın təşəbbüsü ilə 10 noyabrda Əliyev, Paşinyan və Putin tərəfindən, tam atəşkəsin yaradılması və Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatların ləğvi barədə sənəd imzalanıb. Və Moskva ordusu sülhməramlılıq və atəşkəsə nəzarət vəzifəsini öz üzərinə götürüb.