Dek 19, 2020 18:38 Asia/Baku
  • Quterreş ölkələri İranla ticarət əlaqələrinə çağırıb

BMT baş katibi 2231 saylı qətnamənin icrası ilə bağlı 10-cu hesabatında, Əhatəli Müştərək Təşəbbüs Proqramının qorunması vacibliyini vurğulayıb və bu təşkilata üzv olan bütün ölkələri bu qətnamə çərçivəsində İranla iqtisadi və ticarət əlaqələri qurmağa çağırıb.

SəhərAzəri xəbər verir, BMT baş katibi Antonio Quterreş 2231 saylı qətnamənin icrası ilə bağlı 10-cu hesabatında, bütün üzv ölkələrin, regional və beynəlxalq təşkilatların dəstəyini vurğulayıb. O, deyib: "Bu proqram İranın nüvə probleminin hərtərəfli, uzunmüddətli və uyğun bir şəkildə həlli üçün ən yaxşı bir yol olaraq, regional və beynəlxalq sülh və təhlükəsizliyə də kömək edəcək".

Quterreş, həmçinin ABŞ-ın nüvə anlaşmasından birtərəfli şəkildə çıxmasından təəssüf ifadə edərək, Əhatəli Müştərək Təşəbbüs Proqramına əsasən, ləğv olunan və ya dayandırılan milli sanksiyaların yenidən tətbiq edilməsini bu proqram və 2231 saylı qətnamədə müəyyən ediimiş hədəflərə zidd olduğunu söyləyib.

Teqlər