Dünən Kabildə baş verən partlayışda ölənlərin sayı artdı
Dek 21, 2020 09:54 Asia/Baku
Dünən Əfqanıstanın paytaxtında törədilən partlayış nəticəsində ölənlər və yaralananların sayı 62 nəfərə çatıb.
SəhərAzəri xəbər verir, Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh bu gün açıqlayıb: Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb və 52 nəfər xəsarət alıb.
Qeyd edək ki, ötən gün Kabilin meydanlarından birində güclü partlayış baş verib. İlkin ehtimala görə, hücumun məqsədi parlamentarilərdən birinin avtomobili olub. Siyasətçi sağ qalsa da, xəsarət alıb. Əfqanıstandakı ekstremist qrupların heç biri terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.