Dek 21, 2020 10:28 Asia/Baku
  • ABŞ-ın Kaliforniya ştatındakı bir ticarət mərkəzində atışma…

Şübhəli şəxs, Kaliforniya ştatının Milpitas şəhərində yerləşən bir ticarət mərkəzində bir adama atəş edib.

SəhərAzəri xəbər verir, Şənbə günü axşam, şübhəli bir şəxs Kaliforniyanın Milpitas şəhərində yerləşən bir ticarət mərkəzinin içərisində bir adama atəş edib. Atəş nəticəsində mağazada olan insanlar və işçiləri çaxnaşaraq hərəsi bir yerə sığınmağa çalışıb.
Milpitas polisi açıqlayıb ki, Polis istintaq qrupu, şənbə günü gecə saatlarindan, atəşdən sonra “Great Mall”da axtarış əməliyyatına başlayıb. 
Saat 21:30-da səlahiyyətlilər bildiriblər ki, bu mağazada sığınan hər kəs evakuasiya edilib və atəş nəticəsində xəsarət alan olmayıb. Hadisə şənbə günü saat 17:23-də qeydə alınıb.
Bazar günü səhər saatlarinda Milpitas polisi açıqlayib ki, San-Fransiskodan olan 22 yaşlı bir gənc özünü vuraraq yaralanıb, və o, əslində "zorakı hərəkətin qurbanı" deyildi.

Teqlər