Dek 22, 2020 14:17 Asia/Baku
  • ÜST-ün İngiltərədə yeni koronavirus növü haqda məlumatı

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru bildirib ki, İngiltərədəki yeni koronavirus növü daha yoluxucudur.

SəhərAzəri xəbər verir, Tedros Adhanom deyib: İngiltərədəki yeni koronavirus növü daha yoluxucudur, amma onun daha ölümcül olmasına dair faktlar mövcud dedyildir.

İngiltərə səhiyyə nazirliyi ötən həftənin bazar ertəsi günü bu ölkədə koronavirusun yeni növünün meydana gəlməsindən xəbər verdi.

Koronavirusun sıçrayışı ilə bir zamanda İngiltərə bu günlər qida təhlükəsizliyi təhdidi ilə üzləşib və Londondakı satış mərkəzlərinin rəflərində əsla qida maddələri yoxdur.

İtaliya, Hollandiya, Danimarka və Belçika da koronavirusdan mutasiya etmiş bu varianta yoluxma hallarının aşkar edilməsindən xəbər vermişdilər.

İtaliya, Almaniya, Küveyt, Hollandiya, Belçika, İspaniya və İran, İngiltərədən və əks istiqamətdə uçuşları dayandırdıqlarını elan etmiş ölkələrdəndirlər.

Teqlər