Dek 23, 2020 20:14 Asia/Baku
  • Pelosinin Tramp barədə qəribə sözləri

ABŞ konqresinin nümayəndələr palatasının sədri, Donald Trampın saçlarından yapışıb, Ağ Evdən çölə tullamaq niyyətində olduğunu bildirib.

SəhərAzəri xəbər verir, ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin və konqresin digər liderlərinin koronavirus xəstəliyi ilə bağlı yardım layihəsi və Amerika hökumətinin xərclərinin təmin edilməsi üzrə paket barədə bəhs etdikləri zaman Pelosi öz komandasına deyib ki, səbirsizliklə Trampın prezidentlik dövrünün bitməsini gözləyir.

ABŞ konqresinin nümayəndələr palatasının sədri sonra deyib: Trampın gedəcəyi anı gözləyirəm. Onun saçlarından tutub, oradan çölə sürümək niyyətindəyəm.

Pelosinin bu sözləri elə bir halda söylənir ki, Donald Tramp hələ də ədalətsiz şəkildə Co Baydenə uduzduğu qənaətindədir.

Dekabrın 14-də Amerika seçicilər kollegiyası- Elektral Kollecin səsvermə prosesinin başa çatması ilə Co Baydenin bu ölkənin prezident seçkilərindəki qələbəsi 306 elektral səs ilə təsdiq olundu.

Özünün Amerikada keçirilən son prezident seçkilərində geniş saxtakarlıq iddiası üçün bu ölkənin ali məhkəməsinin, həmçinin respublikaçılar partiyasının konqresdəki tanınmış üzvlərinin himayəsini cəlb etməkdə nakam qalan Tramp hələ də üç noyabr seçkilərindəki məğlubiyyətini qəbul etməyibdir.

Teqlər