Dek 24, 2020 11:04 Asia/Baku
  • Tramp Konqresin təsdiqlədiyi büdcəyə veto qoydu

ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən təsdiqlənmiş müdafiə büdcəsinə veto qoyub.

SəhərAzəri xəbər verir, bu barədə Ağ Evdən məlumat yayılıb.

“Mən qətnaməni qaytarıram. Təəssüf ki, bu, milli təhlükəsizliyi təmin etmək üçün lazım olan kritik tədbirləri özündə ehtiva etmir, veteranlarımıza və hərbi tariximizə hörmət bəsləməyən maddələri özündə cəmləşdirir”, - Tramp bildirib.

Prezident Konqres tərəfindən təsdiqlənmiş büdcəni Rusiya və Çinə hədiyyə adlandırıb.

Teqlər