Dek 24, 2020 21:24 Asia/Baku
  • Britaniya və Aİ

Britaniya və Avropa İttifaqı "Brexit"lə bağlı ticarət sazişi barədə razılığa gəliblər.

SəhərAzəri xəbər veriri ki, bu barədə Britaniya hökumətinin yaydığı bəyanatda deyilir. 

“Aİ ilə sıfır tariflərə və sıfır kvotalara əsaslanan ilk sərbəst ticarət müqaviləsini imzaladıq. Bu o deməkdir ki, 1 yanvar 2021-ci ildən tam siyasi və iqtisadi müstəqilliyimiz olacaq”,- deyə bəyanatda qeyd edilir.

Hökumətin yaydığı bəyanatda qeyd olunur ki, Britaniya ictimaiyyətinə 2016-cı il referendumu zamanı və keçən il keçirilən ümumi seçkilərdə vəd edilən hər şey bu saziş ilə təmin olunub: 

“Saziş Britaniyanın hər yerindəki ailələr və iş yerləri üçün əla xəbərdir. Bununla da pulumuza, sərhədlərimizə, qanunlarımıza, ticarətimizə və balıqçılıq sularımıza nəzarəti geri aldıq. Biz “Brexit”i başa çatdırdıq və indi müstəqil bir ticarət ölkəsi olaraq dünyanın digər tərəfdaşları ilə ticarət müqavilələri bağlayaraq, əlimizdəki fantastik imkanlardan tam istifadə edə bilərik".

Bəyanatda o da qeyd olunub ki, sazişlə Britaniya artıq Aİ-nin qaydalarına bağlı deyil və Avropa Ədalət Məhkəməsinin heç bir rolu qalmayıb. 

Bildirilib ki, Britaniyaya gətiriləcək yeni viza sistemi ilə ölkəyə kimlərin girəcəyi tam nəzarət altına alınacaq və Aİ-dən sərbəst hərəkət başa çatacaq.

Teqlər