Pentaqon Trampın hərbi vəziyyət elan etməsi halında atacağı addımları müzakirə edir
ABŞ Silahlı Qüvvələrinin və hərbi hissələrin komandanlığı hazırkı prezident Donald Trampın 20 yanvarda hərbi vəziyyət tətbiq etməsi ilə bağlı mümkün qərarın verməsi halında hərəkətlərin ssenarisini müzakirə edir.
ABŞ Silahlı Qüvvələrinin və hərbi hissələrin komandanlığı hazırkı prezident Donald Trampın 20 yanvarda seçilmiş dövlət başçısı Demokrat Cozef Baydenin andiçmə mərasimindən əvvəl hərbi vəziyyət tətbiq etməsi ilə bağlı mümkün qərarın verməsi halında hərəkətlərin ssenarisini müzakirə edir.
SəhərAzəri xəbər verir, bu barədə "Newsweek" jurnalı Pentaqonda olan mənbələrə istinadən bildirib.
Bu mənbələrə görə, yuxarıda göstərilən müzakirələr Ağ Evdən və Amerika silahlı qüvvələrinin komandanlığında D.Tramp tərəfdarlarından gizli şəkildə aparılır. Mütəmadi qoşunların paytaxta göndərilməsi və inauqurasiya vaxtı və keçid dövrü üçün qaydanın təmin edilməsi barədə əmr verilməsi halda müəyyən addımlar üçün planlar hazırlanır.
Pentaqon ölkənin hazırkı prezidentinin hakimiyyətin gələcək Bayden administrasiyasına təhvil verilməsinin qarşısını almaq üçün çoxsaylı tərəfdarlarını səfərbər edəcəyini istisna etmir.