Dek 25, 2020 12:09 Asia/Baku
  • Çikaqo Apellyasiya Məhkəməsi Trampın istəyini rədd edib

ABŞ-ın Çikaqodakı yeddinci apellyasiya məhkəməsi bu ölkənin prezidenti Donald Trampın Viskonsin ştatında üç noyabr prezident seçkilərinin nəticəsini dəyişdirmək üzrə növbəti cəhdini rədd edib.

SəhərAzəri xəbər verir, Çikaqoda üç hakimdən ibarət olan hakimlər kollegiyası ümumi razılıqla hökm çıxarıb. Bu hökmdə ABŞ-ın Miluoki şəhərindəki dairə hakimi Brett Ludvinqin iki həftə bundan əvvəl qəbul etdiyi qərar təsdiq olunubdur.

Viskonsinin seçki məsulları və bu ştatın qubernatoru Toni Eyvers noyabrın otuzunda Cozef Baydeni Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti kimi təsdiq etdilər.

Viskonsin ştatının ali məhkəməsi də dekabrın on dördündə seçicilər kollegiyasının və bu ştat qubernatorunun həmin qərarını təsdiq etdi.

Co Bayden və onun müavini Kamala Harris yanvarın 20-də keçiriləcək andiçmə mərasimində iştirak etməli və prezident və vitse-prezident kimi Ağ Evə daxil olmalıdırlar.

Bununla belə, Tramp hələ də ABŞ prezident seçkilərini nəticəsini qanunsuz elan etmək üçün hər bir fürsətdən istifadə etməkdə davam edir.

Teqlər