Dek 25, 2020 12:13 Asia/Baku
  • Lavrov:

Rusiyanın xarici işlər naziri “Gələcək naminə dialoq” forumunda çıxışı zamanı bildirib : BMT Təhlükəsizlik Şurası (TŞ) beşliyinin sammitini əyani formatda keçirmək lazımdır.

SəhərAzəri xəbər verir, Sergey Lavrov, BMT Təhlükəsizlik Şurası beşliyinin sammitinin yaxın vaxtlarda keçiriləcəyinə ümid etdiklərini qeyd edib: “Əlbəttə ki, bu sammiti videokonfrans formatında da keçirmək olar. Lakin biz əminik ki, yığılmış problemlərin vacibliyi və mürəkkəbliyi əyani görüş tələb edir. Ümiedirəm ki, biz yaxın vaxtlarda bu sammiti keçirəcəyik”.

Rusiya XİN başçısı BMT TŞ sammitinin əsas vəzifələrindən birinin strateji sabitliklə bağlı vəziyyətin müzakirəsi olacağını vurğulayıb.

 

Teqlər