Lavrov Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə dair təşəbbüsünü alqışlayıb
Rusiyanın xarici işlər naziri Türkiyənin xarici işlər naziri ilə birgə mətbuat konfransında Ankaranın Dağlıq Qarabağ münaqişəsinin Rusiyanın Azərbaycan Respublikası və Ermənistanla razılaşması əsasında həllinə dair təşəbbüsünü alqışlayıb.
SəhərAzəri xəbər verir, Sergey Lavrov bu gün Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında sonra bildirib ki, Rusiya və Türkiyə Qərbi Asiya və Şimali Afrikadakı hazırkı vəziyyətlə bağlı məsləhətləşmələr aparıblar.
Lavrov bu birgə mətbuat konfransında həmçinin ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını pisləyib. Moskva ilə Ankaranın öz hərbi əməkdaşlıqlarını davam etdirəcəklərini bildirən Lavrov vurğulayıb ki, hər iki ölkə texniki əməkdaşlığın inkişafı üzrə müştərək hədəfə təkid edir.
Moskva və Ankara dekabrın birində birgə Dağlıq Qarabağ Mərkəzi barədəki danışıqları başa vurdular. Onlar regiondakı bütün düşmənçiliklərə son qoyulması və atəşə nəzarət üçün Rusiya-Türkiyə müştərək mərkəzinin yerləşdirilməsi və istifadəyə verilməsi tərzi haqda bir müqavilə imzaladılar.
Müqavilənin imzalanmasından bir gün sonra Türkiyə Müdafiə Nazirliyi elan etdi ki, Türkiyə və Rusiya orduları tezliklə birgə mərkəzdə öz vəzifələrinə başlayacaqlar.