Yan 06, 2021 14:05 Asia/Baku
  • Koronavirus və dünyada aclığın kəskinləşməsi

Ümumdünya Ərzaq Proqramı Təşkilatı 2021-ci ilin ən əsas nigarançılıqları kimi qida əmin-amansızlığının artması və aclığın şiddətlənməsi ilə bağlı xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir, Ümumdünya Ərzaq Proqramı Təşkilatı ötən ilin iyun ayında proqnoz etmişdi ki, bu proqramın fəaliyyət göstərdiyi ölkələrdə koronavirus pandemiyası nəticəsində qida əmin-amansızlığı səksən faizədək artaraq, 270 milyon nəfərə təsir göstərəcəkdir.

YUNİSEF-in proqnozuna görə də Cənubi Sudan, Yəmən, Nigeriyanın şimal-şərqi, Konqo Demokratik Respublikası, Fil Dişi Sahilində uşaqların pis qidalanmaları şiddətlənəcəkdir.

Bu proqnozlar ötən aylara aiddir və son, eləcə də qarşıdan gələn aylarda koronavirusdan mənşə alan kəskin iqtisadi böhranların davam etməsinə əsasən, vəziyyət dünyanın rəsmi orqanları və mənbələri tərəfindən edilmiş proqnozlardan daha pis olacaqdır.

Bu istiqamətdə Qardian qəzeti son zamanlar bir reportajda bildirmişdi ki, koronavirus 2021-ci ildə kəskin «pis qidalanma» halını, qida əmin-amansızlığı təhlükəsini, BMT büdcəsinin azalmasını və qarşıdurmaları artıracaqdır.

Taym jurnalı da bir reportajda COVID-19-un qida təhlükəsizliyinə təsir göstərməsi məsələsinə işarə ilə bildiribdir ki, 2021-ci il 2020-ci il ilə müqayisədə daha çox problem yaradacaqdır.

Ümumdünya Ərzaq Proqramı Təşkilatı bundan öncə də xəbərdarlıq etmişdi ki, COVID-19 xəstəliyinin yayılması BMT-nin tabeliyində olan bu təşkilatın çətiri altında olan ac insanların sayını ikiqat artıraraq, 265 milyon nəfərə yüksəldibdir.

Teqlər