Yan 06, 2021 22:20 Asia/Baku
  • ABŞ 2020-ci ili 82 trilyon dollar borcla arxada qoydu

2020-ci ilin dekabr ayının sonunadək ABŞ-ın dövlət və qeyri-dövlət borcu ümumilikdə 82 trilyon 68 milyard 921 milyon dollar təşkil edibdir.

SəhərAzəri xəbər verir, ABŞ borcunu qeydə alan rəsmi saytın məlumatına görə, 2020-ci il dekabrın sonunadək ABŞ-ın dövlət borcu 27 trilyon 553 milyard 496 milyon dollara çatıbdır. Hər bir ABŞ vətəndaşının borcu 83 min 261 dollar, hər bir vergi ödəyicisinin borcu isə, 220 min 130 dollar olubdur.

Dekabr ayının sonunadək ABŞ-ın büdcə kəsiri də 3 trilyon 236 milyard 352 milyon dollara çatıbdır.

Hazırda ABŞ-ın ən çox büdcə sərfiyyatı bunlardan ibarətdir:

-Tibbi xidmətlər bir trilyon 318 milyard 442 milyon dollar

-Sosial təminat bir trilyon 111 milyard 971 milyon dollar

-Müdafiə xərcləri 707 milyard 612 milyon dollar

-Borc üçün ödənilən faiz dərəcəsi 344 milyard 567 milyon dollar

 

Teqlər