Yan 07, 2021 10:40 Asia/Baku
  • Trampa ölkəsindən vurulan üç zərbə

"Twitter", “Feysbuk” və “İnstaqram” sosial platformaları ABŞ Prezidenti Donald Trampın səhifələrini bloklayıb.

SəhərAzəri xəbər verir, prezidentin səhifələrinin istifadəsinə 24 saatlıq əngəl qoyulub, "Pozuntular davam edərsə hesab silinəcək", xəbərdarlığı edilib.

Şirkətlərdən verilən açıqlamada qərarın Trampın tərəfdarlarının Konqresi işğal etməsinə dair paylaşdığı postlar səbəbilə verildiyi bildirilib.

Prezidentin sosial mediada 2 qaydanı pozduğu aşkarlanıb.

Qeyd edək ki, Donald Trampın seçkinin nəticələrini tanımayaraq paytaxt Vaşinqtonda təşkil etdiyi mitinqdən sonra tərəfdarları iclasın keçirildiyi Konqresi işğal etmişdi.

Teqlər