Ağ Evdə istefa dalğası başlayıb
ABŞ Konqres binasının prezident Donald Tramp tərəfdarları tərəfindən işğal edilməsinin ardınca Ağ Evdə istefa dalğası yaşanıb.
SəhərAzəri xəbər verir, Ağ Evdə çalışan 4 yüksək səviyyəli rəsmi artıq istefa verdiyini bildirib.
Bunlar Ağ Evin mətbuat katibinin müavini Sara Metyus, ölkənin birinci xanımı Melania Trampın komandasının rəhbəri Stefani Qrişam, Ağ Evin sosial məsələlər üzrə katibi Riki Niketa və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Metyu Pottingerdir.
S. Qrişam isə istefasının son hadisələrlə bağlı olub-olmaması barədə şərh verməyib.
Milli təhlükəsizlik məsələləri üzrə müşavirin müavini M. Pottinger isə son baş verənlərdən çox kədərləndiyini deyib.
CNN-in məlumatına görə, prezident D. Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O Braynın da istefa verəcəyi gözlənilir.