Vaşinqton iğtişaşları ABŞ-ın digər ştatlarına yayılıb
https://azeri.sahartv.ir/news/dünya-i371729-vaşinqton_iğtişaşları_abŞ_ın_digər_ştatlarına_yayılıb
ABŞ prezidentinin tərəfdarları bu ölkə konqresinin binasını ələ keçirdikdən sonra Kanzas və Corciya ştatlarınının konqres binalarına da hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2021 11:57 Asia/Baku
  • Vaşinqton iğtişaşları ABŞ-ın digər ştatlarına yayılıb

ABŞ prezidentinin tərəfdarları bu ölkə konqresinin binasını ələ keçirdikdən sonra Kanzas və Corciya ştatlarınının konqres binalarına da hücum ediblər.

SəhərAzəri xəbər verir, ABŞ prezidenti Donald Trampın tərəfdarları Nyu-Meksiko ştatının konqres binasını da öz basqınlarından binəsib qoymayıblar.

Yüzlərlə etirazçının konqres binasının önünə toplaşmasından sonra Nyu-Meksiko polisi bir ehtiyat tədbiri kimi əməkdaşları binadan çıxarıbdır.

Sosial şəbəkələrdəki videolar, təhlükəsizlik qüvvələrinin Oreqon ştatında konqres binası yaxınlığına toplaşmış Tramp tərəfdarlarını və etirazçıları dağıtmaq üçün müdaxilə etdiklərini göstərir.

Kolorado ştatının Denver şəhərinin bələdiyyə başçısı Maykl Hankok da bələdiyyə binalarının bağlanması barədə sərəncam verib.