Yan 07, 2021 15:59 Asia/Baku
  • Rusiya ABŞ-dakı olaylara münasibət bildirib

Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-ın seçki sistemi arxaikdir, müasir standartlara cavab vermir

SəhərAzəri Apa-ya istinadən xəbər verir, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtondakı hadisələrə münasibət bildirərkən deyib.

“Bu, ABŞ-ın daxili işidir. Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-ın seçki sistemi arxaikdir və müasir standartlara cavab vermir, pozuntu üçün imkanlar yaradır. Dost Amerika xalqına öz tarixlərindəki bu dramatik anları layiqli yaşamağı arzulayırıq”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

 

Teqlər