ABŞ-da ilk dəfə bir günə 4 mindən çox COVID-19 xəstəsi ölüb
https://azeri.sahartv.ir/news/dünya-i371795-abŞ_da_ilk_dəfə_bir_günə_4_mindən_çox_covid_19_xəstəsi_ölüb
ABŞ-da son sutka ərzində koronavirusdan ölən xəstələrin sayı ilk dəfə 4 min həddini keçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2021 16:10 Asia/Baku
  • ABŞ-da ilk dəfə bir günə 4 mindən çox COVID-19 xəstəsi ölüb

ABŞ-da son sutka ərzində koronavirusdan ölən xəstələrin sayı ilk dəfə 4 min həddini keçib.

SəhərAzəri TASS-a istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat verib.

Universitetin məlumatına görə, ABŞ-da son 24 saat ərzində tibb işçiləri 4 085 ölüm və 274 703 yoluxma halı qeydə alıblar.

Universitetin məlumatına görə, ABŞ-da pandemiyanın başlanğıcından bəri 21,5 milyondan çox yoluxma aşkarlanıb, 365 mindən çox insan COVID-19 qurbanı olub.