İspaniyada Filomena fırtınası 2 nəfərin həyatına son qoyub
https://azeri.sahartv.ir/news/dünya-i371827-İspaniyada_filomena_fırtınası_2_nəfərin_həyatına_son_qoyub
Güclü yağıntıya səbəb olan Filomena fırtınası İspaniyada ən az 2 nəfərin həyatına son qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2021 14:46 Asia/Baku
  • İspaniyada Filomena fırtınası 2 nəfərin həyatına son qoyub

Güclü yağıntıya səbəb olan Filomena fırtınası İspaniyada ən az 2 nəfərin həyatına son qoyub.

SəhərAzəri Röyters-in məlumatına istinadən xəbər verir, İspaniya rəsmiləri Filomena fırtınası səbəbindən bir nəfərin Malaqa şəhəri yaxınlığındakı Kalatayud məhəlləsində, digər bir nəfərin isə bu ölkə paytaxtı Madridin şimal-şərqində həlak olduğunu bildiriblər.

Bu fırtına cümə günü Madrid hava limanının və İspaniya paytaxtı ilə Alikante və Valensiya şəhərləri arasındakı sürətli dəmir yolunun bağlanmasına səbəb olub.

İspaniyanın Milli Hidrometeorologiya Agentliyi Madrid və ölkənin digər dörd bölgəsində şənbə günü qırmızı səviyyəli xəbərdarlıq elan olunduğunu bildirib.

İspaniyada bu vəziyyət 1963-cü ildən bəri misilsizdir.