Yan 09, 2021 19:19 Asia/Baku
  • İndoneziyaya məxsus sərnişin təyyarəsi naməlum şəkildə radardan itib

İndoneziyaya məxsus bir sərnişin təyyarəsi naməlum şəkildə radardan itib və yoxa çıxıb.

SəhərAzəri xəbər verir, İndoneziyanın Srivicaya Hava Yolları Şirkətinə məxsus  "Boing 747" tipli 128 Uçuşu bu gün günortadan sonra bu ölkənin paytaxtı Cakarta hava limanından qalxdıqdan sonra "Qərbi Kalimantan" vilayətindəki Pontianak şəhərinə doğru uçarkən birdən mərkəzlə bütün əlaqələri kəsilib və ondan heç bir siqnal alınmayıb.

İndoneziyada yerləşən bu hava yolları şirkətinin mərkəzi ofisi bir bəyanat yayaraq, hadisənin səbəblərinin araşdırıldığını bildirib.

İndoneziyanın Nəqliyyat Nazirliyi də təyyarənin tapılması və onun göyərtəsində olan 50 sərnişinin xilas edilməsi üçün axtarışa başlandığını bildirib.

Təyyarənin və sərnişinlərin taleyi barədə hələ heç bir məlumat verilməyib.

Teqlər