Yan 09, 2021 22:36 Asia/Baku
  • Trampın tərəfdarları Baydenin andiçmə mərasimi ərəfəsində iğtişaşları davam etdirməyə çağırıblar

ABŞ prezidentinin radikal tərəfdarları yeni seçilmiş prezidentin andiçmə mərasimi ərəfəsində iğtişaşları davam etdirməyə çağırıblar.

SəhərAzəri "CNN" xəbər kanalının məlumatına istinadən xəbər verir, ABŞ-ın sosial şəbəkələrində yeni seçilmiş prezidentin andiçmə mərasimi ərəfəsində iğtişaşları şiddətləndirmək üçün geniş çağırışlar dalğası yaranıb.

"Ya Müharibə, Ya Tramp",  "Əgər silahla necə hədəfə almağı bilmirsizsə, elə indi onu öyrənin", "Hökumət binalarına hücum etməyimiz qərara alınıb", "Polislər, təhlükəsizlik qüvvələri, dövlət işçiləri və qizli agentləri öldürək", "Səslərin yenidən sayılmasını tələb edin", bunlar ABŞ prezidenti Donald Trampın tərəfdarlarının sosial şəbəkələrdəki əsas reklamlarıdır.

Nyu-Yorkda yerləşən ABŞ-ın "Diffamasiya Əleyhinə Birliyin" sədri Conatan Qreenblat xəbərdarlıq edib ki, ABŞ-da bu irqçi və ifrat sağçı ekstremist qrupların meydan oxumalarının şahidiyik və bu şiddətin daha da artacağını gözləyirik".

Qeyd edək ki, 3 noyabr seçkilərinin nəticələrini və Co Baydenin qələbəsinin təsdiq edilməsi üzrə ABŞ konqresinin senatla birgə keçirdiyi iclas zamanı Konqres binası qarşısında toplanmış Trampın tərəfdarlarından bir grupu binaya daxil olublar.

Bu hücumlar nəticəsində azı beş nəfər ölüb, onlarla nəfər isə xəsarət alıb.

BaydenTramp tərəfdarının iğtişaşları və Kapitoli binasını ələ keçirməsindən sonra ilk televiziya çıxışında bu iğtişaşları rüsvayçılıq adlandırıb. 

Teqlər