Yan 11, 2021 10:34 Asia/Baku
  • Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 90 698 044 nəfər koronavirusa(Covid 19) yoluxub.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatına görə, indiyədək dünyada 90 milyon 698 min 44 nəfər koronavirusa yoluxub. Ayrıca, bu günə qədər 64 milyon 819 min 243 xəstə sağalıb, 1 943 252 nəfər isə ölüb.

Amerika 22 milyon 917 min 334 nəfər koronavirus xəstəsi və 383 min 275 virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir. Hindistan (10 467 431), Braziliya (8 105 790), Rusiya (3 401 954), İngiltərə (3 072 349), Fransa (2 783 256), Türkiyə (2 326 256), İtaliya (2 276 491), İspaniya (2 050 360), Almanya (1 929 353), Kolumbiya (1 786 900), Argentina (1 722 217), Meksika (1 534 039) və Polşa (1 385 522) sırasıyla ikinci on dördüncü sırada yerləşiblər.

Teqlər