Nansi Pelosi Trampın kənarlaşdırılması üçün 24 saat vaxt təyin edib
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri bu ölkə prezidentinin müavininə Kostitusiyanın 25-ci düzəlişini tətbiq edərək, Trampı kənarlaşdırmaq üçün 24 saat vaxt verib.
SəhərAzəri xəbər verir, Nansi Pelosi dünən gecə Nümayəndələr Palatasının demoktrat üzvlərinə bir mətkub ünvanlayaraq, bu məsələni irəli sürüb və belə olmadığı təqdirdə Trampın impiçment ediləcəyini vurğulayıb.
25-ci düzəlişə əsasən, ABŞ prezidentinin yetərsizliyi, səlahiyyətlərini yerinə yetirə bilmədiyi və ya öldüyü təqdirdə, Nazirlər Kabinetinin əksəriyyəti viste-prezidenti onun yerinə təyin edə bilərlər.
Donald Trampın tərəfdarları yanvarın 6-da bu ölkə Konqresinə hücum edərək, onu bir neçə saat zəbt ediblər.
Bu hücumun fonunda ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden 2021-ci il 6 yanvarı "ABŞ tarixinin ən qaranlıq günü" kimi xarakterizə edib. Bu hücum nəticəsində biri polis əməkdaşı olmaqla ən azı 6 nəfər həyatını itirib.