ABŞ büdcə kəsiri yeni rekord qeydə aldı
https://azeri.sahartv.ir/news/dünya-i372017-abŞ_büdcə_kəsiri_yeni_rekord_qeydə_aldı
ABŞ maliyyə nazirliyi cari maliyyə ilinin ilk üç ayı ərzində federal hökumətin büdcə çatışmazlığının 573 milyard dollara çatdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2021 08:59 Asia/Baku
  • ABŞ büdcə kəsiri yeni rekord qeydə aldı

ABŞ maliyyə nazirliyi cari maliyyə ilinin ilk üç ayı ərzində federal hökumətin büdcə çatışmazlığının 573 milyard dollara çatdığını bildirib.

SəhərAzəri xəbər verir, bu zaman kəsiyində bu qədər büdcə çatışmazlığı Amerika tarixində görünməmiş bir haldır.

ABŞ maliyyə nazirliyinin məlumatına görə, 2020-ci ilin ilk üç ayı ərzində federal hökumətin büdcə kəsiri 356 tam onda yeddi milyard dollar təşkil edib.

ABŞ-da maliyyə ili hər il oktyabrın əvvəlindən gələn ilin otuz sentyabrına qədər davam edir.

Amerika hökumətinin büdcə kəsiri fonunda qeyd edək ki, koronavirus epidemiyası bu ölkədə bir çox peşə sahələrinə ziyan vurubdur.

ABŞ-da koronavirus epidemiyasından bəri bu ölkədə minlərlə şirkət və zavod bağlanıbdır.