Baydenin andiçmə mərasimi ərəfəsində Vaşinqtonda güclü milli qvardiya və polis iştirakı
Vaşinqton Baydenin inaqurasiyası ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirsə də, ABŞ paytaxtında minlərlə milli qvardiyaçı, polis və əsgər yerləşdirilibdir.
SəhərAzəri xəbər verir, Əldə olunan məlumatlara görə, milli qvardiya yanvarın 20-də keçiriləcək inaqurasiya günündə təhlükəsizliyi gücləndirmək məqsədilə bütün Amerikaya 21 mindən çox əsgər göndərməlidir.
Amerika Federal Təhqiqat Bürosunun xəbərdarlıqlarına və müxaliflərin yeni hücumları ehtimalına görə, Vaşinqtonun təhlükəsizliyini təmin etmək üçün yeddi min əsgər də xidmətə cəlb olunub və bütün Amerika tam hazır vəziyyətdədir.
Mərasim, Trampın tərəfdarlarının zorakılıqla daxil olduqları konqresin eyni yerində keçiriləcək.
Digər bir xəbərə əsasən, Ağ Ev-də köç fəaliyyətləri davam edir.
Eyni zamanda, senatda Trampın impiçmenti iclasının nə vaxt keçiriləcəyi dəqiq surətdə bəlli deyil. Bu iclas bəlkə cümə günü Baydenin inaqurasiya mərasimi ilə bir zamanda, bəlkə də sonradan keçirilmiş olsun.
Hər halda, Trampın Amerikanın siyasi səhnəsindən silinməsi barədə respublikaçılar və demokrat partiyaları arasında sazişin nişanələri müşahidə olunmaqdadır.