Yan 15, 2021 10:07 Asia/Baku
  • Kremldəki üçtərəfli görüşdən Vaşinqton indi xəbər tutur

Moskvada bir araya gələn ABŞ və Fransa səfirləri Rusiya XİN başçısının müavini ilə Qarabağda bundan sonra atacaqları addımları da müzakirrə ediblər.

SəhərAzəri Sputnik-ə istinadən xəbər verir, Rusiya XİN məlumat yayıb ki, Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko ABŞ və Fransanın Moskvadakı səfirləri Con Sallivan və Pyer Levini qəbul edib və onları bazar ertəsi Dağlıq Qarabağ üzrə aparılmış danışıqlar barədə məlumatlandırıb.

Məlumatda deyilir: "Səfirlər Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın yanvarın 11-də keçirdikləri üçtərəfli görüş barədə məlumatlandırıldılar. Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) gələcək birgə səyləri barədə fikir mübadiləsi də aparılıb".

Qeyd edək ki, yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri Kremldə görüşərək Qarabağın sonrakı inkişafına dair birgə bəyannamə imzalayıblar.

Teqlər