Əfqanıstanda üç partlayış baş verib
Əfqanıstanın Kabil, Qəndəhar və Bəğan şəhərlərində baş verən üç partlayış nəticəsində çox sayda adam ölüb və yaralanıb.
SəhərAzəri xəbər verir, Kabil polisinin sözçüsü Ferdovs Fəramərz bildirib: Partlayış günortadan bir müddət sonra Kabil Universiteti yolunun qarşısında baş verib. Kabil polis komandanlığının maşını maqnit bombasına tuş gəlib. Bu partlayış nəticəsində ən azı iki nəfər ölüb, bir nəfər isə yaralanıb.
Əfqanıstanın şimalında yerləşən Bəğlan vilayətinin mərkəzində Pulxəmri şəhərində də bir polis maşını maqnit bomba ilə hədəf alınıb, nəticədə bir polis ölüb, ikisi isə yaralanıb.
Bu arada, bu səhər “Damane Qəndəhar” şəhərində bir milli təhlükəsizlik binasının qarşısında bomba yüklü bir avtomobil partlayıb və hələlik itki və tələfat barədə məlumat verilməyib.