ABŞ-ın 50 ştatı tam hazır vəziyyətdədir
Amerikanın əlli ştatının müxtəlif şəhərləri seçilmiş prezidentin andiçmə mərasimi ərəfəsində və iğtişaşların şiddələnməsindən qaynaqlanan nigarançılığa görə, tam hazır vəziyyətdədirlər.
SəhərAzəri xəbər verir, Amerikanın seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimi yanvarın 20-də keçiriləcək. Belə bir halda, ABŞ-ın müxtəlif şəhərləri, xüsusən Vaşinqton, təhlükəsizlik tədbirlərinin, o sıradan minlərlə qvardiya qüvvəsinin yerləşdirilməsi və maneələrin yaradılmasının şahididirlər.
Amerika vətəndaşları Baydenin inaqurasiya mərasimi astanasında konqresə hücum kimi zorakı etirazların yeni dalğasının yaranmasından son dərəcə nigarandırlar.
Federal Təhlükəsizlik Bürosu şənbə günündən çərşənbə gününədək Amerikanın əlli ştatının hər birində nümayişlərin keçirilməsilə bağlı polis idarələrinə xəbərdarlıq edibdir.