ABŞ prezidenti 73 nəfəri əfv edib
https://azeri.sahartv.ir/news/dünya-i372253-abŞ_prezidenti_73_nəfəri_əfv_edib
ABŞ prezidenti Donald Tramp 73 nəfəri əfv etdiyini, daha 70 nəfərin cəzasını yüngülləşdirdiyini elan edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 20, 2021 08:17 Asia/Baku
  • ABŞ prezidenti 73 nəfəri əfv edib

ABŞ prezidenti Donald Tramp 73 nəfəri əfv etdiyini, daha 70 nəfərin cəzasını yüngülləşdirdiyini elan edib.

SəhərAzəri “Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, əfv edilənlər arasında D.Trampın keçmiş köməkçisi Stven Bennon da var.

O, Meksika ilə sərhəddə divar tikintisinin vəsaitinin 3 nəfərlə əlbir olaraq mənimsəməkdə ittiham olunub. Məlumata görə, bu məqsədlə 25 milyon ABŞ dolları məbləğində toplanan maliyyə vəsaitinin yüz minlərlə dolları Bennon və dostlarının şəxsi işləri üçün xərclənib. O, 2017-ci ilin yanvarından avqustunadək D.Trampın siyasi və strateji məsələlər üzrə baş məsləhətçisi, habelə seçkiqabağı kampaniyasına başçılıq edənlərdən olub.