Yan 20, 2021 15:46 Asia/Baku
  • İngiltərədə ən ölümcül koronavirus günü qeydə alınıb

İngiltərə 24 saat ərzində 1600-dən çox ölüm halını qeydə almaqla koronavirus pandemiyasının başlandığı gündən bəri ən ölümcül günün şahidi olubdur.

SəhərAzəri  İngiltərə ictimai səhiyyə təşkilatı çərşənbə axşamı günü boyu koronavirusa yoluxma nəticəsində 1610 nəfərin öldüyünü bildirməklə vurğulayıb: Bu sayda insanın ölümü ötən 28 gün ərzində onların testlərinin pozitiv çıxmasından sonra baş veribdir.

Bu, İngiltərədə koronavirus epidemiyasının başlandığı zamandan bəri bir gün ərzində elan olunan ən yüksək ölüm göstəricisidir.

İngiltərədə koronavirus tələfatının artması fonunda bəzi məlumatlar bu ölkədə COVID-19-a yoluxma hallarının azalmasından xəbər verir və bu, məhdudiyyətgətirici tədbirlərin müvəffəqiyyətinin nişanəsi kimi qeyd olunur.

Bu istiqamətdə İngiltərə Leyboristlər Partiyasının lideri Kir Starmer bir tvitt-də yazıb: İngiltərə hər hansı bir böyük iqtisadiyyatla müqayisədə ən dərin durğunluqla üzləşir və biz dünyada ən yüksək ölüm göstəricisinə malikik. İngiltərə xalqı hökumətin ardıcıl ləyaqətsizliklərinin əvəzini ödəyir.

Teqlər