Yan 21, 2021 11:04 Asia/Baku
  • Çin, Pompeo da daxil olmaqla 28 ABŞ vətəndaşına qarşı sanksiya tətbiq edib

Çin ABŞ-ın Pekinə qarşı təzyiqləri və sanksiyalarına cavab olaraq, bu ölkənin sabiq dövlət katibi və 27 digər rəsmisinə qarşı sanksiya tətbiq edib.

SəhərAzəri İRNA-ya istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi bir bəyanat yayarq, bu ölkə suverenliyini ciddi şəkildə pozan 28 ABŞ rəsmisi və ailələrinə qarşı sanksiya tətbiq etdiyini bildirib. 

Siyahıda Ağ Evin Ticarət üzrə Milli Şuranın rəhbəri Piter Navarro, prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Robert O'Brayn, ABŞ-ın BMT-dəki səfiri Kelly Kraft, ABŞ-ın sabiq Səhiyyə naziri Aleks Azar və Trampın Milli Təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton da yer alır. 

Bəyanatda bu şəxslərin, onların ailə üzvlərinin, eləcə də əlaqəli şirkət və təşkilatların Çinə, Makaoya, həmçinin, Honqkonqa girişi, bu ərazilərdə fəaliyyət görmələri qadağan edilib. 

Çin bundan əvvəl ABŞ-a Pekin, Tayvan və Honkonqun daxili işlərində müdaxiləsinə son qoyması barədə xəbərdarlıq edib. 

ABŞ prezidenti Co Bayden də Çinlə ilk qarşılaşmada, respublikaçılar və demokratları bu ölkənin ABŞ rəsmilərinə qarşı sanksiyalarını qınamağa çağırıb.

Teqlər