ABŞ bayrağı yandırılıb
https://azeri.sahartv.ir/news/dünya-i372307-abŞ_bayrağı_yandırılıb
Ağ Evdə ABŞ-ın yeni prezidentinin andiçmə mərasimindən dərhal sonra İrqçiliyə qarşı aksiya keçirənlər Kolorado ştatında konqres binasının qarşısında ABŞ bayrağını yandırıblar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 21, 2021 17:21 Asia/Baku
  •  ABŞ bayrağı yandırılıb

Ağ Evdə ABŞ-ın yeni prezidentinin andiçmə mərasimindən dərhal sonra İrqçiliyə qarşı aksiya keçirənlər Kolorado ştatında konqres binasının qarşısında ABŞ bayrağını yandırıblar.

SəhərAzəri xəbər verir, "Frans Press"in məlumatına görə, Kolorado ştatının Denver şəhərində etirazçılar əvvəlcə "Cheesman" parkında toplaşaraq, konqresə gedən yolların polis qüvvələri vasitəsilə bağlanmasına baxmayaraq, özlərini konqres binasının qarşısına çatdıra biliblər.

Başqa bir silahlı qrup isə, andiçmə mərasiminə etiraz olaraq, bu məkanda toplaşacağı ilə hədələmişdi.

Etirazçılardan biri Amerika cəmiyyətində artan irqçiliyi və bərabərsizliyi bu ölkə bayrağının yandırılmasına səbəb kimi göstərib.

ABŞ prezidenti Co Bayden, prezident seçkilərində qalib gəldikdən sonra etdiyi çıxışında sistematik irqçiliyin kökünü kəsəcəyinə söz verdib.