Yan 21, 2021 21:04 Asia/Baku
  • Fransada yüzlərlə tələbə aksiya keçirib

Koronavirus böhranı və onun yaratdığı fəsadlar fonunda yüzlərlə fransız tələbə pis məişət şəraitlərinə etiraz olaraq, aksiya keçirib, universitetlərin açılmasını tələb ediblər.

SəhərAzəri "Frans 24" xəbər kanalına istinadən xəbər verir ki, yüzlərlə etirazçı tələbə koronavirus pandemiyasından irəli gələn pis iqtisadi vəziyyət və kritik psixoloji durumlarına görə, Fransanın bir neçə şəhəri, o cümlədən Paris, Strasburq, Lil, Tuluza və Ren şəhərlərində küçələrə axışaraq, universitetlərin açılmasını tələb ediblər. 

COVİD-19 infeksiyasının yayılması səbəbindən aylarla universitet dərslərinin bağlanması fonunda bir çox fransız tələbə karantin və təcriddən cana gəlib, psixologiyalarının pozulduğunu iddia ediblər.

Fransanın baş naziri Jan Kasteks keçən həftə universitetin birinci kurs tələbələrinin yanvarın 25-də etibarən məhdud şəkildə üz-üzə təhsilə başlaya biləcəklərini söyləyib.

Koronavirus böhranı və ondan irəli gələn fəsadlar fonunda fransız tələbələrin ruhi sağlamlığı ciddi şəkildə ziyan görüb və hətta onların bir çoxu intihar və ya ona cəhd ediblər.a

Teqlər