ABŞ-da koronavirus pandemiyasının durumu təhlükəlidir
Amerika milli allergiya və infeksiyon xəstəliklər institunun direktoru xəbərdarlıqla deyib: Koronavirusla bağlı hələ çox təhlükəli vəziyyətdəyik.
SəhərAzəri xəbər verir, Entoni Fauçi bildirib ki, Amerikanın azı 20 ştatında koronavirusun yeni növü mövcuddur.
«İngilis ştammı» adlı yeni koronavirus növü sürətlə Avropa və Amerikada yayılıb. Bunu statistikalar göstərir.
Amerikada koronavirusun yayılmasının və sabiq prezident Donald Trampın hökumətinin onu yatırmaqdakı ləyaqətsizliyinin ardınca statistikalar göstərir ki, cümə axşamı günü bu ölkədə 24 milyon 440 min nəfər COVID-19-a yoluxub və azı 406 min 162 nəfər də vəfat edibdir.
Con Hopkins universitetinn təqdim etdiyi statistikaya görə, Amerika koronavirus xəstələrinin sayı baxımından dünyada öndə getməkdə davam edir.
Amerikada koronavirusun yayılması və bu ölkə iqtisadiyyatına təsiri ilə/ bir çox peşə öz mövcudluğunu itirib, milyonlarla nəfər də işsiz qalıbdır.
Amerika əmək nazirliyi cümə axşamı günü bildiribdir ki, keçən bir həftə ərzində bu ölkədə daha 900 min nəfər işsizlik müavinəti almaq barədə ərizə veribdir.