Pelosi Trampın impiçmenti məhkəməsinin keçirilməməsi istəyinə qarşı çıxıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri bəzi respublikaçı qanunvericilərin senatda bu ölkənin sabiq prezidenti Donald Trampın impiçmenti məhkəməsinin irəlilədilməsindən vaz keçmək üzrə xahişinə qarşı çıxıb.
SəhərAzəri xəbər verir, Nensi Pelosi cümə axşamı günü bu xahişi rədd edərək, deyib: Donald Trampın öz tərəfdarlarını konqres binasına hücum etməyə təhrik etmək üzrə hərəkətinə göz yummaq olmaz.
Pelosi sonra deyib: Senat Amerikanın sabiq prezidentinin impiçmenti qərarını əldə etməklə onun məhkəmə prosesinə başlamağa hazırdır.
Bəzi respublikaçı nümayəndələr son günlər bildiriblər ki, senatda Donald Trampın impiçmenti məhkəməsinin irəlilədilməsi Amerikadakı təfriqələri artıracaqdır.
Trampın/ prezidentlik dövrü bitdikdən sonra impiçment edilməsi ona görə önəmlidir ki, bu məsələ onun gələcək prezident seçkilərinə namizədliyinə mane ola bilər.
ABŞ Konqresinin Nümayəndələr Palatası yanvarın on üçündə Donald Trampın impiçment edilməsi layihəsini qəbul etdi.
Layihənin Nümayəndələr Palatasında qəbul edilməsi ilə, o, Ağ Ev-də olduğu müddətdə ikinci dəfə impiçment edilən ilk Amerika prezidentinə çevrildi.
Trampın impiçment edilməsi qərarı bundan sonra yekun təsdiq və məhkəmə iclasının keçirilməsi üçün senata göndriləcək.
Yanvarın 6-da Co Baydenin ABŞ prezident seçkilərindəki qələbəsinin yekun təsdiqi üçün bu ölkə konqresinin iki palatasının birgə iclası keçirilərkən Trampın tərəfdarlarından bir qrupu konqres binasının içinə basqın etdi.
Bu basqın Trampın öz tərəfdarlarını ABŞ konqresinin önünə toplaşmağa çağırmasının ardınca baş verdi.
Həmin basqın zamanı azı beş nəfər öldürüldü.