ABŞ Ənsarullah ilə bağlı qərarı yenidən nəzərdən keçirir
https://azeri.sahartv.ir/news/dünya-i372385-abŞ_Ənsarullah_ilə_bağlı_qərarı_yenidən_nəzərdən_keçirir
ABŞ-ın yeni rəhbərliyi Tramp rəhbərliyinin Yəmənin Ənsarullah hərəkatını terrorçu siyahısına daxil etmək üçün etdiyi addımı yenidən nəzərdən keçirməyə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2021 13:03 Asia/Baku
  • ABŞ Ənsarullah ilə bağlı qərarı yenidən nəzərdən keçirir

ABŞ-ın yeni rəhbərliyi Tramp rəhbərliyinin Yəmənin Ənsarullah hərəkatını terrorçu siyahısına daxil etmək üçün etdiyi addımı yenidən nəzərdən keçirməyə başlayıb.

SəhərAzəri  Dəyərlər.org-yə istinadən xəbər verir ki, 

ABŞ-ın Dövlət Departamenti keçmiş hökumətin Yəmənin Ənsarullah hərəkatını terror təşkilatı elan etməsi ilə bağlı istintaqa başladığını açıqlayıb.

 

Reuters-in məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü belə deyib: “Dövlət Departamenti köhnə hökumətin Husi (Ənsarullah) hərəkatını terrorçu elan etməsi ilə əlaqədar istintaq başlatdı və bu müddətdə bir qərara gəlmək üçün ən qısa zamanda üzərində işləyir.

 

ABŞ-ın dövlət katibi Entoni Blinken bu yaxınlarda Vaşinqtonun Ənsarullah hərəkatını terror təşkilatı elan etməsinə yenidən baxacağını söyləmişdi.

 

ABŞ-ın eks-prezidenti Donald Tramp iqtidardakı son günlərində Yəmənin Ənsarullah hərəkatını üç lideri ilə birlikdə, sanksiya siyahısına əlavə etdi.