Yan 24, 2021 18:46 Asia/Baku
  • Danimarkanın Obenro şəhər məscidinə islamofob hücum

Medialar naməlum bir şəxsin Danimarkanın cənubunda yerləşən Obenro sərhəd şəhərinin məscidinə islamofob hücumdan xəbər veriblər.

SəhərAzəri   xəbər verir ki, Obenro şəhər məscidinin qəyyumlar heyətinin sədri Hersit Tokay deyib: Hücumçu şəxs məscidin divarları üzərinə İslam dininə qarşı hörmətsiz cümlələr yazıbdır.

Danimarka polisi bu iş barədə təhqiqata başlayıb.

Obenro məscidinə qarşı islamofob hücum elə bir şəraitdə edilibdir ki, Danimarka xarici işlər nazirinin Fransanın mövqeyinə dəstək istiqamətində son zamanlar söylədiyi islamofob ifadələr rezonans doğurmuşdu.

Danimarkanın xarici işlər naziri Ceffe Kofod oktyabrın əvvəllərində Fransa rəsmilərinin Böyük İslam Peyğəmbəri(s.ə.s)-in müqəddəsliyinə qarşı hörmətsizliklərini himayə istiqamətində söz azadlığı kimi ibarələrdən istifadə ilə demişdi ki, Danimarka Fransa ilə həmrəylik ifadə edir.

Teqlər