Rusiyada daha 456 nəfər koronavirusdan ölüb
Yan 25, 2021 13:18 Asia/Baku
Rusiyada son bir gündə daha 19 290 nəfərə COVID-19 diaqnozu qoyulub.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki,bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 738 690 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 456 nəfər artaraq 69 918-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 150 763 nəfər sağalıb.