Yan 25, 2021 17:20 Asia/Baku
  • İngiltərədə koronavirus qurbanlarının sayı artıbdır

İngiltərədə koronavirus böhranının dərinləşməsi, bu virusa yoluxanların və ölüm hallarının durmadan artması hökuməti ümummilli karantin rejiminin tətbiq olmasına baxmayaraq, xüsusilə yoluxma sayı çox olan bölgələrdə karantin məhdudiyyətlərini daha da sərtləşdirmək məcburiyyətində qoyub.

SəhərAzəri  xəbər verir ki,  İngiltərədə koronavirus pandemiyası hələ də sürətlə can alır. Bu ölkənin milli statistika mərkəzinin ən son hesabatına əsasən, indiyədək 111 min koronavirus xəstəsi həyatını itirib.

Qocalar evlərində və əlillərə qayğı mərkəzlərində koronavirus qurbanlarının sayı 46 faiz artaraq, 25 mindən çox olubdur. 

Bir qayğı mərkəzinin direktoru Nikola Riçard deyir: 

M.Q: Qocalar evi və xəstələrə qulluq mərkəzləri uzun illərdir müxtəlif problemlər və kadr çatışmazlığı ilə üz-üzədirlər və COVİD-19 pademiyası problemləri daha da artırıbdır.

Koronavirus xəstələrinin sayı bütün ölkədə karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, sürətlə artmaqdadır. İngiltərənin Milli Statistika Mərkəzi bildirib ki, təkcə son bir həftədə bu ölkədə daha bir milyon 20 min nəfər koronavirusa yoluxub.

İngiltərə vətəndaşı:

M.M: İnsanları kompakt yaşadığı və oksigen çatışmazlığı ilə üzləşən qocalar evində mənim kimi yaşlı insanlara təhlükə çox ciddidir.

İngiltərə medialarının bildirdiyinə görə, xəstəxanaların vəziyyəti hər ötən gün daha da kritikləşir və çatışmazlıqlar özünü daha çox göstərir. Çox sayda koronavirus xəstəsinin ölümü ilə əlaqədar yaranan fiziki və psixi gərginlik tibb işçilərini ciddi şəkildə sarsıdıb.

Teqlər